Rəsmi Moskvadan Ermənistanda jurnalist və blogerin saxlanılmasına REAKSİYA
- 08.09.2023, 10:51,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın Goris şəhərində “Sputnik Armenia” agentliyinin əməkdaşı Aşot Gevorkyan və bloger Mixail Badalyan saxlanılıblar.
Telexeber.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” agentliyi məlumat yayıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hadisəyə öz münasibətini bildirərək qeyd edib ki, bu, İrəvanda Rusiya-Ermənistan mediaforumunun keçirilməsi ərəfəsində Qərbin növbəti təxribatıdır. M.Zaxarova bildirib ki, söz azadlığı şüarı ilə hakimiyyətə gələn Paşinyan hökumətin jurnalistləri təqib etməsinə və informasiya yayımını bloklamasına inana bilmir.
Jurnalist və blogerin hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.