"İlham Əliyevlə təcili danışıqlara hazıram" - Paşinyan
- 09.09.2023, 13:07,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün Azərbaycan Prezidenti İlham Əliyevlə təcili danışıqlar aparmağa hazır olduğunu deyib.
Telexeber.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı bildirib.
Ermənistanın baş naziri 2022-ci il oktyabrın 6-da Praqada və 2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş razılaşmalara sadiqliyini, eləcə də bütün məsələləri yalnız diplomatik vasitələrlə həll etməyə hazır olduğunu təsdiqləyib.