Matəm günləri təqvimdən çıxarılsın - TƏKLİF

"Azərbaycanda matəm günləri təqvimdən çıxarılmalıdır".

Telexeber.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fazil Mustafa parlamentin payız sessiyasının oktyabrın 2-də keçirilən ilk plenar iclasında çıxış edib.


O bunu Azərbaycanın qalib ölkə olması ilə əlaqələndirib: “Artıq yeni dövrə başlamaq lazımdır”.

Deputat xatırladıb ki, Azərbaycanda iki sülhməramlı qüvvə var: “Biri Rusiya sülhməramlılarıdır, ikincisi isə Bakıda oturan Kanadanın, ABŞ-ın, nə bilim haranın qüvvələridir. İndi onlar Rusiya sülhməramlılarına qarşı müübarizə aparırlar. Rusiya sülhməramlıları lazım olan anda ölkəmizdən çıxacaqlar”.
Популярный ролик