Azərbaycan Milli QHT Forumunun X qurultayı keçirilir.
Telexeber.az xəbər verir ki, qurultayda təşkilatın nizamnaməsinə dəyişikliklər ediləcək və “Azərbaycan Milli QHT Forumunun prezidenti” postu ləğv olunacaq. Foruma rəhbərliyi yeni formalaşdırılacaq İdarə Heyətinin sədri edəcək. Həmçinin forumun 5 nəfərdən ibarət İdarə Heyəti olacaq.