
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru İbrahim Cəfərov un mobil nömrəsinə yazaraq ondan köməklik istəyən 2 ci qurup hərbi əlilin yoldaşı hörmətsizliklə qarşılaşıb.
-8 mart beynəlxalq qadınlar günü İbrahim müəllimin mobil nömrəsinə mesaj yazaraq ondan köməklik istədim və bildirdim ki,olunacaq köməklik yoldaşımın müalicəsinə yəni iynə dərmana xərclənəcək.Ancaq İbrahim müəllimin bu xahişimə münasibəti heçdə yaxşı olmadı,nə bayramımı təbrik etdi,nədəki Allah yoldaşınıza kömək olsun dedi və nömrəmi qara siyahıya atdı.Sanki hərbi əlillərə,qazilərə,veteranlara qarşı İbrahim Cəfərovda bir aqresiya yaranıb.Ermənilərin Gəncədə törətdiyi terror və Qarabağın azadlığı uğrunda gedən müharibədə şücaət göstərən igid,vətənpərvər,cəsur oğulları İbrahim bəy nə tez yaddan çıxartdı?
Bu müqəddəs ayda ona uzanan imdatlı əlləri geri çevirməkdə,İbrahim müəllimin əslində nə demək istədiyi başa düşən hərkəsə bəllidir.
İmkan,vardövlət hərşey demək deyil,bir duan belə sənə möhtac hissi duyana bəs edər di.Ancaq qara siyahıya atmaq nə deməkdir,bu nə hörmətsizlikdir,biz buna layiqmiyik deyə hərbi əlilin həyat yoldaşı Telexeber.az a müraciətində, bu biyabırçı məsələni işıqlandırmağımızı bizdən xahiş etdi.
Bu məsələdən sonra kim hansı hissi keçirəcək bilmirəm,ancaq biz həqiqətəndə utandıq.Utandıq ona görə ki,İbrahim Cəfərovun vətənə,millətə olan sevgisi haqqında Telexeber.az da dəfələrlə məqalələr dərc etmişik,oxucuların diqqətinə çatdırmışıq.Sən demə bütün bunlar İbrahim Cəfərov tərəfindən bir göstəri imiş.

Mövzu ilə bağlı gələn səhifəmizdə daha geniş müzakirələr olacaq,bizi izləməyə davam edin.