Ağdam rayonunun Birinci Quzanlı qəsəbə inzibati ərazi dairəsinin icra nümayəndə sədri vətəndaşı bıçaqladı.


Ağdam rayonunun Birinci Quzanlı qəsəbə inzibati ərazi dairəsinin icra nümayəndə sədri Rüstəmov Elmir Sevindik oğlu qəsəbədə qoçuluq edir.
24.07.2025 ci il tarixdə, Birinci Quzanlı qəsəbə inzibati ərazi dairəsinin icra nümayəndə sədri Elmir Rüstəmov fəaliyyət göstərməyən ancaq aptek kimi tanınan obyektinə küllü miqdarda pampers daşıyarkən əyaqyoluna gedən yolu yüklə bağlayıb.Bu halda qonşu dükanda qəssablıqla məşqul olan Ağdam rayon Qərvənd qəsəbə sakini,qəssab kimi fəaliyyət göstərən Ədilov Elşad Ədil oğlu bu duruma narazıçılıq edib və Elmir bəydən xahiş edib ki,əyaqyolunun yolunu yüklə bağlamasın.Bu halda Elmir bəy, vətəndaş Elşad Ədilov a ağır söyüşlər söyərək təhqir edib.Aralarında mübahisə yaranıb və bu an Elmir bəy bıçağa əl atıb Elşad Ədilovun üstünə gedib.Hadisə yerində olan şahidlər bu durumu görüb mübahisə edən şəxsləri sakitləşdiriblər.Ancaq "cənab sədr" vətəndaşa söyüş qoyub ki,bu mübahisənin ardını sakit bir yerdə saat təqribən 18:00 radələrində davam etdirsinlər.Qeyd edilən vaxtda və ünvanda görüş baş tutur,ancaq vətəndaş Elşad Ədilov birinci mübahisədə bıçaqla qarşılaşdığına görə ehtiyat edib yanına çapacaq götürür (məqsəd-lazım olarsa özünü müdafiə edə bilsin deyə).Elmir bəy Elşadı öz avtomobilinə dəvət edir,ancaq Elşad özü ilə gətirdiyi çapacağı hadisə yerinə gələn Elmir bəyin müavini İbayev Samirə saxlamaq məqsədi ilə verir və Elmir bəyin avtomobilinə əyləşir.Avtomobilin içində mübahisə düşür və Elmir bəy özü ilə gətirdiyi mətbəx bıçağını çıxarıb Elşadın ürək nahiyəsi istiqamətində çox sayda zərbələr endirir.Elşad Ədilov bu hücumdan qorunmaq üçün sol əlini bıçağın qabağına verir və bıçaq zərbələri Elşad Ədilovun sol əlini kəsik kəsik edir.Bunu görən və hadisə yerinə gələn maraqlı şəxslər mübahisəni sakitləşdirirlər.Pis vəziyyətdə olan Elşad Ədilov dərhal Ağcabədi rayon xəstəxanasına yaxınlaşır və həkimlər Elşad Ədilovun sol əlinin kəsiklərinə çox sayda tikiş qoyurlar.
Baş vermiş hadisə 25.07.2025 ci il tarixində Kanal 21 in canlı efirində gündəmə gətirildi və zərər çəkmiş Ədilov Elşad Ədil oğlu yuxarıda qeyd edilənləri canlı efirdə təsdiq edib adiyyatı orqanlardan köməklik istədi.

Qarşı tərəfə söz haqqı verdik, Elmir bəy Telexeber.az a bildir di ki,"Elşadın danışdıqları yanlışdı.Hal hazırda araşdırma gedir bu işlə bağlı. Xəstəxanada olduğum üçün danışa bilmirəm,çıxıb sizə zəng edəcəm.Qarşı tərəf olaraq hadisə barəsində ətraflı məlumat verəcəm "

Hələki, Birinci Quzanlı qəsəbə inzibati ərazi dairəsinin icra nümayəndə sədri Rüstəmov Elmir Sevindik oğlundan xəbər yoxdur.
Популярный ролик