
Haqq nədirsə, onu söyləmək borcumdur və bu günlərdə yayılan əsassız xəbərlərlə bağlı susmaq Bakı şəhəri Binəqədi Rayonunda vicdanla çalışan insanlara qarşı ədalətsizlik olardı.
Son günlər bəzi saytlar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı haqqında heç bir hüquqi əsası, faktı, mənbə dayanağı olmayan iddialar tirajlayır.
Telexeber.az ın araşdırması nəticəsində onu qeyd etmək istərdik ki,bütün bunlar şayiə üstündə qurulmuş, reputasiya hədəfi daşıyan manipulyasiyalardır.
Reallıq isə tam başqadır, Elxan Allahverdiyev bu vəzifəyə heç vaxt kənar birinin himayəsi ilə yox, uzun illər topladığı təcrübə, idarəetmə bacarığı və şəxsi zəhməti ilə gəlib.Allahverdiyev Elxan Şamil oğlu 15.06.1960-cı il tarixdə Bakı şəhərində anadan olub. 1988-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitunun aspirantura pilləsini bitirmişdir.
Əmək fəaliyyətinə 1984-cü ildə başlamışdır. Həmin ildən 1994-cü ilədək Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnistutunda müxtəlif vəzifələrdə çalışmışdır.
1998-ci ildən 2005-ci ilədək "Meridian" MMC-də Direktor, 2005-ci ildən 2015-ci ilədək "Duet" firması Kommersiya üzrə direktor müavini, 2015-ci ildən 2016-cı ilədək Bank Olmayan Kredit Təşkilatı "Kredex" MMC-də idarə heyətinin sədrinin müavini, 2017-ci ildə "Kontinent İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətində direktor vəzifəsində çalışmışdır.
Rayonun bütün mexanizmini içəridən bilib. Məhz bu səbəbdən də Prezidentimizin ona göstərdiyi etimad tamamilə məntiqi və haqlı qərar idi.
6 iyun 2018-ci ildən bu günə qədər Binəqədi Rayonunun inkişafını görməmək mümkün deyil.Rayonun infrastrukturundan tutmuş yaşayış məkanlarının yenilənməsinə, sosial problemlərin operativ həllindən ictimai xidmətlərin səmərəliliyinə qədər — Binəqədi Rayonu son illərin ən dinamik dövrünü yaşayır. Bu, boş söz deyil,Rayonda yaşayan hər kəs bunu gündəlik həyatında hiss edir.
Bir məsələni də qeyd etməliyəm: Elxan Allahverdiyevin ən böyük fərqi kabinetdə oturmaq yox, daim rayonun içində olmaqdır.Cənab Başçı hər gün vətəndaşın yanındadır, hər addımını açıq şəkildə atır. Problem də eşidir, tənqid də qəbul edir, iş də görür. Bu,Binəqədi rayonunda çoxdandır görmədiyimiz idarəçilik modelidir.
İndi belə bir şəxs haqqında sübutu olmayan, məqsədi bəlli olan şər böhtan xarkterli yazıların tirajlanması sadəcə təxribatdır. Bu cür ucuz cəhdlərlə nə real inkişafı kölgəyə salmaq olur, nə də bu rayonun insanlarının gözünü bağlamaq.
Sonda mediada çalışan dostlarıma müraciət edirəm: xahiş edirəm ayıq olun. Faktı olmayan məlumatların tirajlanması həm cəmiyyətə, həm peşəyə, həm də Bakı şəhər Binəqədi rayonuna ziyan vurur. Gəlin informasiya mühitini təxribatlara yox, həqiqətə əsaslandıraq.