Kəlbəcər və Laçındakı yanğına helikopterlər cəlb edildi
- 05.12.2025, 08:31,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.
Telexeber.az Apa-ya istinadən xəbər verir ki, bir neçə gündür ərazidə davam edən yanğının dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.