Şəfalı əlləri ilə insanlara yaşamaq sevincini bəxş edən Professor Azər Xudiyev Manaf oğlu


“Uşaqlar bizim gələcəyimizdir, uşaqlar bizim həyatımızdır. Hamımız uşaqları sevirik və istəyirik ki, Azərbaycan vətəndaşları uşaqlıq illərindən sağlam olsunlar”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hələ 2010-cu ildə paytaxtın Nəsimi rayonunda fəaliyyət göstərən Əbülfəz Qarayev adına 2 saylı uşaq klinik xəstəxanasının əsaslı təmirdən sonra açılışında iştirak edən vaxt çıxışında söyləmişdi.
Müdriklərdən bizə ərmağan qalan el məsəlində deyilir ki, Tanrı insana yaşlanmaq deyil, yaş almaq nəsib etsin. Ömrünü elmə sərf edən adam isə daimi yaşarılıq qazanır. Çünki əməli kamalı ilə dəyərləndirilən Professor camala yox, kamala xidmət edir.
Belə şərəfli həyat yolu keçənlərdən biri də illərdir pediatriya sahəsində peşəkar fəaliyyəti ilə seçilən və uşaqların sağlamlığı naminə əvəzsiz xidmətlər göstərən Respublika Pediatriya Mərkəzi Ə.Qarayev adına Uşaq Klinik Xəstəxanasının lor həkimi professor Azər Xudiyevdir.
Tibb sahəsində uzunmüddətli və səmərəli xidmətinə görə mərkəzin direktoru Azər Əhmədov tərəfindən təşəkkürnamə ilə təltif edilən Azər Xudiyev bu gündə pediatriya sahəsində peşəkar fəaliyyətini fəxrlə davam etdirir.

Azər Xudiyevin fəaliyyəti hər zaman göz önündə olub və geniş ictimaiyyət tərəfindən də daim qiymətləndirilib.Bu şəxs indiyə qədər xeyirxah əməlləri, atdığı addımları ilə yaşadığı ömür yollarında elə bir iz buraxıb ki, həmin iz müasir dövrümüzün bugünkü tarixinə birdəfəlik həkk olunub.
Telexeber.az- şəfalı əlləri ilə insanlara yaşamaq sevincini bəxş edən Professor Azər Xudiyev Manaf oğluna gələcək işlərində uğurlar arzu edir.
Популярный ролик