75 yaşın zirvəsində xidmət ömrü – Ramiz Zeynalov


Bu gün Azərbaycan daxili işlər sistemində uzun illər xidmət göstərmiş general-polkovnik **Ramiz Zeynalov**un 75 yaşı tamam olur.

1951-ci il fevralın 19-da Tovuz rayonunun Qovlar qəsəbəsində dünyaya gələn Ramiz Zeynalov ömrünü dövlətə və qanunun aliliyinə xidmətə həsr etmiş simalardandır. Onun adı xüsusilə yol hərəkətinin təhlükəsizliyi sahəsində aparılan islahatlar, nizam-intizamın gücləndirilməsi və sistemli idarəçilik modeli ilə assosiasiya olunur.

Uzun illər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sistemində çalışaraq, xüsusilə **Baş Dövlət Yol Polisi İdarəsi**nin rəhbəri kimi fəaliyyət göstərməsi onu cəmiyyətin yaxından tanıdığı simaya çevirib. Yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, intizamın gücləndirilməsi və xidmət mədəniyyətinin formalaşdırılması istiqamətində atılan addımlar onun rəhbərliyi dövründə daha sistemli xarakter alıb.

Daxili işlər orqanlarında xidmət yaşı ilə bağlı qanunvericiliyin tələbləri hər kəsə bəllidir. Bu baxımdan 75 yaş həddinə qədər xidmətdə olmaq faktı özü-özlüyündə diqqət çəkən məqamdır və illərin təcrübəsinin, peşəkarlığın və dövlətə sədaqətin göstəricisi kimi dəyərləndirilir.

75 illik ömür yolu təkcə yaş göstəricisi deyil – bu, yarım əsrdən artıq xidmət, minlərlə əməkdaşın formalaşmasına təsir, hüquq-mühafizə sistemində davamlılığın və sabitliyin qorunması deməkdir.

Bu əlamətdar gündə Ramiz Zeynalovu doğum günü münasibətilə təbrik edir, möhkəm can sağlığı və uzun ömür arzulayırıq.

Telexeber.az olaraq qeyd edirik ki, dövlətə xidmət edən hər bir insanın ömür yolu cəmiyyət üçün nümunədir. 75 yaş – bir ömrün hesabatı, bir xidmət məktəbinin tarixi deməkdir.
Популярный ролик