Dron hücumu ilə bağlı İrandan AÇIQLAMA

İran qonşu ölkələrə zərbə endirmir. Bu hadisə hərtərəfli araşdırma tələb edir.

Telexeber.az xəbər verir ki, bu sözləri İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi AnewZ-ə verdiyi müsahibədə bildirib:
“Biz qonşu ölkələri hədəf almırıq. İranın siyasəti yalnız ABŞ və sionist rejimlər də daxil olmaqla, bölgədə fəaliyyət göstərən və İran mülki əhalisinə hücum etmək üçün istifadə edilən düşmənlərin hərbi bazalarına zərbə endirməkdir.

Biz əvvəldən bildirmişik: əgər bölgədə İrana hücum etmək üçün istifadə edilən hər hansı bir hərbi baza varsa, biz onları vuracağıq. Bu, bizim siyasətimizdir”.

Qeyd edək ki, bu gün Naxçıvan Beynəlxalq Hava Limanına İranın dron hücumu olub.
Популярный ролик