Qoca Səmədovun oğlu azadlığa çıxdı
- 14.04.2026, 14:28,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun tanışını güllələməkdə ittiham olunan oğlu Zaur Səmədov azadlığa buraxılıb.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qərar qəbul edilib.
Z.Səmədovun silah tətbiq etməklə xuliqanlıq etməsi sübuta yetirilməyib. Həmin maddə ilə ona bəraət verilib. Qəsdən sağlamlığa zərərvurma maddəsi ilə cinayət işinə isə tərəflər arasında barışıq olduğu üçün xitam verilib. Nəticədə mərhum icra başçısının oğlu azadlığa buraxılıb.