Zərdabda biabırçı vəziyyət – təcili yardım palçığa batdı, yollar iflic olub


Zərdab rayonunda yol problemi artıq kritik həddə çatıb. Burunlu kəndindən yayılan görüntülər vəziyyətin nə qədər acınacaqlı olduğunu açıq şəkildə ortaya qoyur. “Telexeber.az”ın YouTube səhifəsində yayılan videoda təcili yardım avtomobilinin palçıq içində hərəkətsiz qaldığı əks olunur.

Bu fakt bir daha göstərir ki, rayonun bəzi kənd yolları faktiki olaraq istifadəyə yararsız vəziyyətdədir. Yerli sakinlər bildirirlər ki, yağışlı havalarda yollar keçilməz hala düşür, nəticədə nəqliyyatın hərəkəti iflic olur, təcili xidmətlər belə əraziyə çatmaqda çətinlik çəkir.

İctimai narazılıq isə əsasən 39 saylı Yol İstismarı İdarəsinin fəaliyyəti ilə bağlıdır. Sosial şəbəkələrdə yayılan fikirlərdə iddia olunur ki, idarənin rəisi Aydın Cəfərov haqqında tərif xarakterli yazılar dərc olunsa da, real vəziyyət bunun tam əksini göstərir.

Görüntülər və mövcud şərait isə sual doğurur: əgər hər şey qaydasındadırsa, bəs bu yollar niyə bu haldadır?

Məsələ ilə bağlı aidiyyəti qurumların mövqeyi hələlik açıqlanmayıb.
Популярный ролик