ŞOK GÖRÜNTÜLƏR: Proktoloqun müdaxiləsi qalmaqal yaratdı – tibbi qaydalar pozulub?

Sosial şəbəkələrdə yayılan və ümumi cərrah, proktoloq Dr. Aytən Cəbrayılovanın iştirakı ilə çəkildiyi iddia olunan görüntülər ciddi qalmaqala səbəb olub.

Sözügedən videofakt telexeber.az-ın rəsmi YouTube səhifəsində yayımlanıb. Görüntülərdə həyata keçirilən tibbi müdaxilə ictimaiyyət arasında kəskin narazılıq doğurub.

Kadrlarda həkimin maskasız olması, saçlarının açıq qalması və müdaxilənin aparıldığı mühitin steril standartlara uyğun görünməməsi sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid edilib. İstifadəçilər belə həssas prosedurun bu formada icra olunmasını “təhlükəli” və “qəbuledilməz” kimi qiymətləndiriblər.

Müzakirələrdə xüsusilə vurğulanır ki, bu tip proktoloji müdaxilələr ciddi steril şərait və tibbi protokollar çərçivəsində aparılmalıdır. Əks halda, infeksiya və digər ağırlaşma risklərinin artması qaçılmazdır.

Yayılan görüntülər cəmiyyətdə “tibbi etika və standartlara nə dərəcədə əməl olunur?” sualını yenidən gündəmə gətirib.

Hazırda məsələ ilə bağlı Dr. Aytən Cəbrayılovanın və ya aidiyyəti qurumun rəsmi mövqeyi açıqlanmayıb.

Telexeber.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
  • Нравится
  • 0
  • Brianne
  • 26-03-2026, 06:48
  • : 06:48
Pretty! This has been a really wonderful article. Many thanks for
providing this information.

Also visit my web page :: australia-aseanbc.org
действия
Популярный ролик