Səhiyyənin inkişafına mühüm töhfə – Musa Abbasova böyük etimad!


Azərbaycan səhiyyəsində peşəkarlığı, idarəçilik bacarığı və humanist fəaliyyəti ilə seçilən Musa Abbasov yeni vəzifəyə təyin olunması ilə yenidən diqqət mərkəzinə düşüb. Əməkdar həkim, tibb elmləri üzrə fəlsəfə doktoru olan Musa Abbasovun Klinik Tibbi Mərkəzə direktor təyin edilməsi səhiyyə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir.

Uzun illər Azərbaycan və xarici ölkələrin nüfuzlu tibb müəssisələrində çalışan Musa Abbasov həm peşəkar həkim, həm də güclü səhiyyə təşkilatçısı kimi böyük hörmət qazanıb. Onun rəhbərlik etdiyi müəssisələrdə xidmət keyfiyyətinin yüksəlməsi, vətəndaş məmnunluğunun artması və tibbi yeniliklərin tətbiqi daim xüsusi diqqət çəkib.

Mərkəzi Klinik Xəstəxana, Gəncə diaqnostika və klinik mərkəzləri, eləcə də beynəlxalq hospital təcrübəsi Musa Abbasovun zəngin idarəçilik məktəbinin formalaşmasına mühüm töhfə verib. ABŞ, Almaniya, Belçika və Türkiyə kimi ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirakı onun dünya səhiyyə təcrübəsini yaxından mənimsəyən rəhbərlərdən biri olduğunu göstərir.

Xüsusilə Vətən müharibəsi dövründə yaralı hərbçilərin müalicəsinin təşkilində göstərdiyi xidmətlər Musa Abbasovun vətənpərvər və məsuliyyətli rəhbər obrazını bir daha ortaya qoyub. Təsadüfi deyil ki, Prezident sərəncamı ilə “Əməkdar həkim” fəxri adına layiq görülməsi cəmiyyətdə böyük rəğbətlə qarşılanıb.

Bu gün səhiyyə cameəsində belə peşəkar, dövlətinə və xalqına sədaqətlə xidmət edən rəhbərlərin irəli çəkilməsi ölkə səhiyyəsinin gələcək inkişafına hesablanmış mühüm addım kimi qiymətləndirilir. Musa Abbasovun yeni fəaliyyət dövründə də uğurlu yeniliklərə və mühüm nailiyyətlərə imza atacağına inam böyükdür.
Популярный ролик