Qarabağın dirçəliş missiyası etibarlı əllərdə – Elçin Yusubov Prezidentin yüksək etimad göstərdiyi idarəçilər sırasında xüsusi yer tutur


Azərbaycan dövlət idarəçiliyində peşəkarlığı, idarəçilik bacarığı və dövlətçilik prinsiplərinə sadiqliyi ilə seçilən simalardan biri də Elçin Yusubov hesab olunur. Uzun illər müxtəlif mühüm dövlət qurumlarında fəaliyyət göstərən Elçin Yusubov bu gün ölkə rəhbərliyinin yüksək etimad göstərdiyi idarəçilər sırasında xüsusi yer tutur.

Prezident İlham Əliyevin sərəncamı ilə Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə Prezidentin xüsusi nümayəndəsi vəzifəsinə təyin olunması da məhz ona olan böyük etimadın göstəricisi kimi qiymətləndirilir. Dövlət başçısının ən həssas və strateji bölgələrdən birinin idarə olunmasını məhz Elçin Yusubova həvalə etməsi onun peşəkar idarəçi kimi formalaşdığını və dövlətçilik xəttinə sədaqətini açıq şəkildə nümayiş etdirir.

Elçin Yusubov fəaliyyət göstərdiyi bütün sahələrdə məsuliyyəti, çevik qərarvermə bacarığı və insanlarla işləmək mədəniyyəti ilə seçilib. Müxtəlif dövlət strukturlarında qazandığı təcrübə ona idarəçilik sistemində mühüm uğurlar əldə etməyə imkan yaradıb. Xüsusilə iqtisadi idarəetmə, dövlət əmlakının qorunması, vergi və idarəçilik sahəsindəki fəaliyyəti bir çox mütəxəssislər tərəfindən nümunə kimi göstərilir.

Onun fəaliyyəti yalnız kabinet idarəçiliyi ilə məhdudlaşmır. Elçin Yusubov daim vətəndaş məmnunluğunu əsas prioritetlərdən biri hesab edən rəhbər kimi tanınıb. Dövlət-vətəndaş münasibətlərində operativlik və şəffaflıq prinsipinə üstünlük verən idarəçi kimi insanların rəğbətini qazanıb.

Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa prosesləri çərçivəsində Xankəndi, Ağdərə və Xocalıda həyata keçirilən dövlət siyasətinin uğurla icrası üçün böyük məsuliyyət tələb olunur. Məhz belə bir dövrdə Elçin Yusubov kimi təcrübəli kadrın həmin bölgəyə xüsusi nümayəndə təyin edilməsi dövlət başçısının uzaqgörən siyasətinin tərkib hissəsi hesab edilir.

Qeyd edək ki, Elçin Yusubov uzun illər ərzində dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətə görə müxtəlif mükafatlarla da təltif olunub. Onun “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilməsi dövlətə sədaqətli xidmətinin növbəti təsdiqi olub.

Bu gün Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, işğaldan azad olunan torpaqlarda həyatın yenidən bərpası və insanların doğma yurdlarına qayıdışı istiqamətində görülən işlərdə Elçin Yusubovun da özünəməxsus rolu olduğu vurğulanır. Dövlətə bağlılığı, peşəkarlığı və xalqa xidmət prinsipi ilə seçilən belə idarəçilər cəmiyyət tərəfindən də rəğbətlə qarşılanır.

Telexeber.az olaraq inanırıq ki, Prezident İlham Əliyevin etimad göstərdiyi kadrların fəaliyyəti ölkəmizin daha da güclənməsinə və dövlət idarəçiliyinin effektivliyinin artırılmasına mühüm töhfələr verməyə davam edəcək.
Популярный ролик