Hökməli qalmaqalında yeni suallar: Mir İsmayıl Xələfli niyə polisə müraciət edib?


Son günlər Hökməli bələdiyyəsi ətrafında yayılan qalmaqallı iddialar və gizli çəkiliş məsələsi yeni mərhələyə keçib. Bu dəfə hadisələrin mərkəzində Telexeber.az xəbər portalının rəhbəri Vasif Həsənovun Abşeron Rayon Polis İdarəsinə çağırılması dayanır.

Məlumata görə, Telexeber.az rəhbəri Vasif Həsənov 20 may 2026-cı il tarixində axşam saat 20:28 radələrində təhqiqatçı tərəfindən Abşeron Rayon Polis İdarəsinə dəvət olunub.

İlkin olaraq şikayətin Ramil Orucov tərəfindən edildiyi düşünülsə də, sonradan məlum olub ki, polisə müraciət edən şəxs Mir İsmayıl Xələflidir.

Burada isə ciddi suallar yaranır:
https://mail.telexeber.az/gundem/23355-hkmli-bldiyysind-gizli-mtbuat-xidmti-oyunu-mirismayl-xlfli-fakt-qarsnda-susur-ramil-orucov-is-cavab-vermir.html

Mir İsmayıl Xələfli bu prosesin hansı hissəsindədir?
O, hansı statusla mediaya və jurnalist fəaliyyətinə müdaxilə edir?
Bələdiyyə sədri özü şikayətçi olmadığı halda, Mir İsmayıl Xələfli niyə polisə müraciət edib?

Telexeber.az tərəfindən məsələ ilə bağlı hələ 18 may 2026-cı il tarixində saat 11:24 radələrində Hökməli bələdiyyəsinə rəsmi elektron sorğu göndərildiyi bildirilir. Lakin aradan vaxt keçməsinə baxmayaraq sorğuya hələ də cavab verilmədiyi qeyd olunur.

Ən diqqətçəkən məqam isə Abşeron Rayon Polis İdarəsində ortaya çıxan məlumat olub.

Belə ki, Mirİsmayıl Xələflinin özünü “mətbuat xidməti” kimi təqdim etməsinə baxmayaraq, onun Hökməli bələdiyyəsində rəsmi olaraq torpaq vergisi və yığım məsələləri üzrə əməkdaş kimi qeydiyyatda olduğu məlum olub.

Bu isə yeni suallar doğurur:

Əgər o, mətbuat xidməti deyilsə, niyə özünü belə təqdim edib?
Onun əsas işi vergi və torpaq məsələləridirsə, media proseslərinə hansı səlahiyyətlə müdaxilə edir?
Polisə edilən müraciətin arxasında hansı maraqlar dayanır?

Telexeber.az rəhbəri Vasif Həsənov bildirir ki, məsələ ilə bağlı izahat və ərizə qanuni prosedura uyğun şəkildə təqdim olunub və bütün detallar olduğu kimi qeyd edilib.

Hadisənin digər diqqətçəkən tərəfi isə sosial şəbəkələrdə yayılan “şantaj” iddiaları ilə bağlıdır.

Vasif Həsənovun sözlərinə görə, əvvəlcə Hökməli bələdiyyəsi ilə bağlı yayımlanan material tənqidi deyil, xoş niyyətli və dəstək xarakterli xəbər olub. Lakin daha sonra izləyicilərin sərt reaksiyası və gələn tənqidlərdən sonra həmin material silinib.

Bildirildiyinə görə, hər hansı məbləğin tələb olunması məsələsində təşəbbüs qarşı tərəfdən gəlib. Kart hesabı istənilməsi və müəyyən məbləğin müzakirə olunması barədə təkliflərin Mir İsmayıl Xələfli tərəfindən səsləndirildiyi iddia olunur.

Vasif Həsənov isə qeyd edir ki, onun kart hesabına qarşı tərəfdən heç bir vəsait köçürülməyib və ortada hər hansı maddi ödəniş faktı yoxdur.

Hazırda məsələ Abşeron Rayon Polis İdarəsinin təhqiqat bölməsi tərəfindən araşdırılır.

İctimaiyyət isə cavab gözləyir:

Mir İsmayıl Xələfli niyə bu prosesdə əsas fiqura çevrilib?
Özünü niyə fərqli vəzifə ilə təqdim edib?
Polis müraciətinin arxasında hansı məqsəd dayanır?

Mövzu ətrafında araşdırmalar davam edir.
Популярный ролик