
23 May – Ekoloqlar Günü münasibətilə başda Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov olmaqla, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün əməkdaşlarını, eləcə də nazirliyin mətbuat katibi İradə İbrahimovanı Telexeber.az kollektivi adından səmimi qəlbdən təbrik edirik.
Təbiətin qorunması, ekoloji tarazlığın saxlanılması və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Bu sahədə çalışan hər bir əməkdaşın zəhməti xüsusi dəyərə layiqdir.
Regionlarda fəaliyyət göstərən və öz işinə məsuliyyətlə yanaşan idarə rəhbərləri də daim diqqətdədir:
2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elşən Şirinov (Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy) fəaliyyət göstərdiyi bölgələrdə ekoloji nəzarətin gücləndirilməsi və təbiətin mühafizəsi istiqamətində fəallığı ilə seçilir.
4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Asif Məcidov (Sumqayıt, Xızı, Abşeron) region üzrə ekoloji layihələrin icrası və ətraf mühitin qorunmasına yönələn tədbirlərə xüsusi önəm verir.
11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Qafar Ağayev (Bakı şəhəri) paytaxt ərazisində ekoloji nəzarət və yaşıllıqların qorunması istiqamətində həyata keçirilən işlərdə fəal iştirak edən rəhbərlərdən biridir.
12 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vüsal İbrahimli (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan) işğaldan azad olunmuş ərazilərdə ekoloji mühitin bərpası və təbiətin qorunması istiqamətində görülən işlərdə öz fəaliyyəti ilə seçilir.
Bir daha bütün ekoloqları peşə bayramı münasibətilə təbrik edir, onlara möhkəm can sağlığı, fəaliyyətlərində uğurlar arzulayırıq.
Telexeber.az