Binəqədidə ağac kəsimi ilə bağlı ETSN-dən Telexeber.az-a açıqlama – “4200 manatlıq ziyan müəyyən edilib”
- 25.05.2026, 13:20,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Binəqədi qəsəbəsində ağac kəsimi faktı ilə bağlı Telexeber.az-ın sorğusuna münasibət bildirilib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş şikayət əsasında araşdırma aparılıb.
https://mail.telexeber.az/gundem/23147-bir-aacn-fryad-binqdidn-ykslir-tikinti-namin-illrin-inar-niy-mhv-edilir.htmlBildirilib ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində ağacın kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan müraciət 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən yerində araşdırılıb.
Araşdırma zamanı tikinti işləri aparılan ərazidə yol kənarında yerləşən qovaq ağacının kəsildiyi müəyyən olunub. Nazirliyin açıqlamasında qeyd edilir ki, təbiətə 4200 manat məbləğində ziyan dəydiyi hesablanıb.
Faktla bağlı torpaq sahəsinin sahibi Ramin Şıxəliyev barəsində akt və protokol tərtib edildiyi, qanunvericiliyə uyğun tədbirlərin görüldüyü bildirilib. Eyni zamanda, kəsilmiş ağacın əvəzində yeni ting əkilməsi və ona aqrotexniki qulluq göstərilməsi məqsədilə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi qurumuna müraciət olunduğu vurğulanıb.