30 nömrəli Şəhər Poliklinikasının rentgen şöbəsində əlavə ödəniş iddiaları
- 06.06.2026, 15:46,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakı şəhərində fəaliyyət göstərən 30 nömrəli Şəhər Poliklinikasının rentgen şöbəsi ilə bağlı narazılıqlar səsləndirilir. Vətəndaşların bildirdiyinə görə, rentgen müayinəsindən keçmək üçün müraciət edən şəxslərdən bəzi hallarda rəsmi ödənişlərdən əlavə vəsait tələb olunur.
Şikayətçilər qeyd edirlər ki, göndəriş və ya qəbizlə müraciət edən vətəndaşlardan rentgen plyonkası adı altında əlavə ödəniş alınır. Onların sözlərinə görə, birbaşa rentgen müayinəsi üçün müraciət edən şəxslərdən isə daha yüksək məbləğdə pul istənildiyi hallar müşahidə olunur.

Müraciət edən vətəndaşlardan biri bildirib ki, o da şəxsən rentgen xidməti almaq üçün əlavə ödəniş etmək məcburiyyətində qalıb. Növbədə gözləyən digər şəxslərin də oxşar problemlərlə üzləşdiklərini ifadə etdikləri qeyd olunur.
Vətəndaşlar məsələ ilə bağlı TƏBİB və aidiyyəti qurumların araşdırma aparmasını, rentgen şöbəsində göstərilən xidmətlərin və ödəniş mexanizminin şəffaf şəkildə ictimaiyyətə açıqlanmasını istəyirlər.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.