Zəngilanda 1000-dən çox ağac əkilib
- 10.03.2021, 21:52,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+

İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər, Fövqəladə Hallar Nazirlikləri, Dövlət Sərhəd Xidməti və ANAMA-nın əməkdaşlarının iştirakı ilə 1000-dən çox ağac əkilib.
Telexeber.az-ın məlumatına görə, bunu Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov bildirib.
O qeyd edib ki, yel çərşənbəsi günündə Zəngilan rayonunun meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində karantin qaydalarına əməl olunmaqla yerli şəraitə uyğun ağaclar əkilib.