Polisə olan hörmət dövlətə olan hörmətdir.
Polis əməkdaşları qanunun keşiyində dayanırlar. Polis əməkdaşları cinayətkarlığa qarşı mübarizə aparırlar. Onlar öz həyatlarını risk altına qoyurlar və vətəndaşlar bunu unutmamalıdırlar. Yəni cəmiyyətin, ölkəmizin rahat, təhlükəsizlik şəraitində yaşamasını polis orqanları təmin edirlər.
Binəqədi rayon Polis idarəsinin şəxsi heyəti demək olar ki,birər seçilmişlərdir.Polis biz insanların güvənc yeridir.
Bu həyatda rahat və xoşbəxt yaşayırıqsa, bir başa Polislərimizə borcluyuq.43-cü Polis Bölməsinin ayıq sayıqlığı nəticəsində müxtəlif cinayətlərin isti izlərlə üstünü açmaq,cinayəti törətmiş cinayətkarı anında yaxalayıb cinayət məsuliyyətinə cəlb etmək ,əsayişi qorumaq kimi öhtəlikləri layiqincə öhtəsindən gəlirlər.Bunu mən Binəqədi vətəndaşı olaraq tam təminat verirəm.Gördüklərimizi və eşitdiklərimizi, ən əsası bizə olan müraciətləri hərzaman araşdırıb Telexeber.az da işıqlandırmışıq. Dünyanın, eləcədə Azərbaycanın ən çətin dönəmlərindən biri də COVİD 19 la mübarizə oldu.İnsanlar qorxu və təlaş içərisindəydi,kimisi xəstəliyə yoluxmasından,kimisidə ərzaqın tükənəcəyi şaiələrə inanıb panikə qapanırdı. Bu gözə görünməz virusla mübarizədə hansıki insanlar küçəyə çıxmağa qorxurdu, bizim Polislər daim küçələrdə oldular və xəstəliyə yoluxmayaq deyə qoyulan qadağalara riayət olunmasında insanları marifləndirdilər,təlabkarlıq göstərdilər.Həmin göstərilən tələbkarlığın nəticəsidir ki,bu gün yoluxma və yoluxmadan ölüm sayı yox dərəcəsindədir.Azərbaycan xalqı bunun üçün Polislərimizə minnətdardır.
Bir faktıda nəzərinizə çatdıraq ki,COVİD 19 la mübarizədə birinci Polislərimizə minnətdar olmalıyıq, sonra həkimlərimizə.Çünki Polislərimiz bizləri təmannasız qorudu,ancaq bəzi həkimlərimiz yenədə öz çirkin əməllərindən geri qalmadılar.Xəstə yaxınlarından rüşvət tələb etdilər.Bəli çox keçmədi bu cinayətində üstünü Polis açdı.
Bu cür Şərəfli şəxsləri yetişdirib onlara Polis adı verilməsində Daxili İşlər Nazirimiz Vilayət Eyvazov cənabına və qoyulan qanun- qayqdalara riayət olunmasında öz tələbkarlığını göstərən, hər zaman xalqının yanında olan, vətəndaşı qəbul edib onun xahişini (şikayətini) nəzərə alıb müvafiq göstərişlər (tapşırıqlar) verən Binəqədi rayon Polis idarəsi Rəis: Polis Polkovniki Musayev Musa cənabına eləcədə 43-cü Polis Bölməsinin əməkdaşlarına öz dərin minnətdarlığımızı bildiririk.