Qazaxıstandakı etiraz aksiyalarının lideri bu tanınmış şəxs imiş: Üzə çıxdı - FOTOLAR
- 08.01.2022, 10:41,
- Gündəm
Facebook
Вконтакте
Одноклассники
Google+
Qazaxıstandakı etiraz aksiyalarının lideri “Bank Turan Alem”in keçmiş rəhbəri Muxtar Əbülyazovdur. Bu barədə o özü açıqlama verib.
Telexeber.az xəbər verir ki, Əbülyazovun sözlərinə görə, o həmdə müxalifət lideridir. Röyters agentliyi yazır ki, hazırda xaricdə olan keçmiş bankir, aksiyalar barədə göstərişlər verir.
Əbülyazov bildirib ki, aksiyalar məqsədinə çatarsa o, Qazaxıstana qayıtmağa və müvəqqəti hökumətə rəhbərlik etməyə hazırdır.
Qeyd edək ki, 2010-cu ildə Rusiyanın İstintaq komitəsi Muxtar Əbülyazovu dələduzluq etməkdə ittiham edib. 2011-ci ildə isə Qazaxıstanın Baş Prokurorluğu onun ekstradisiyası ilə bağlı sorğu göndərib. Lakin Ablyazov siyasi sığınacaq aldığına görə, ekstradisiya baş tutmayıb. O, hazırda Parisdə yaşayır.