31.05.2023 cü il tarixində,saat təqribən 12 radələrində, hərbi əlil tərəfindən edilən zəng, ehtiyasızlıqdan mobil nömrənin rəqəmini səhv yazaraq tanımadığı başqa bir şəxsə düşür və hərbi əlil üzürxahlığını bildirir.Ancaq görünür ki,harınlamış 'məmur' övladına üzürxahlıq kifayət etməyib. Bilməyərəkdən etdiyimiz səhvə görə, qarşısında başda əyməliyik ki,(MƏMUR ÖVLADI, SƏN ATANIN CANI KEÇ GÜNAHIMIZDAN,BİLMƏMİŞİK, SƏHVƏN SƏNİ NARAHAT ETMİŞİK) bizi öldürməsin.Bu azad, firavan və ən əsası qanunların aliliyinə güvənib yaşadığımız bir Ölkədə, qızının yazdığı mesajdan həya etməyib,utanmaz-utanmaz qızının tərəfini saxlayan "MƏMUR" ata, bütün bu biyabırçılıq azmış kimi, 050 211 88 ** nömrəsi ilə təkrar hərbi əlilin mobil nömrəsinə zəng vurub "ünvanını de səni götüzdürüm" deməsi və müxtəlif formatda hədə qorxular, təhqirlər etməsi, özünə məxsus şəkildə böyüklüyünü göstərmiş oldu. Kiçik bir araşdırmamız nəticəsində sözü gedən "məmurun" kimliyi bizə məlum oldu və əldə etdiyimiz informasiyanı oxucularla bölüşürük.
İlkin Əzizov: Masallı rayon Qızılavar kəndində qeydiyyatdadır. Masallı rayon İcra hakimiyyətində, ümumi şöbənin müdiri vəzifəsində işləyib və nədənsə məlum olmayan səbəblərə görə, öz ərizəsi ilə işdən çıxıb. Masallı rayon YAP, 71 saylı seçki məntəqəsinin üzvüdür. Bizə bir sualın cavabı maraqlıdır,ancaq əfsuslar olsun qarşısına keçəni götüzdürən "məmur"- İlkin Əzizov nədənsə zənglərimizə cavab vermir. Sual: Siz və qızınız, hərbi əlilin ehtiyatsızlıqdan səhv etdiyinə görə,(halbuki üzrdə istəmişdi səhvinə görə) kimə və nəyinizə güvənib hərbi əlili məhv etmək,öldürmək və ünvanından götüzdürmək arzusuna düşmüsünüz?! Xatırladım ki, 2005 ci ildə, buna oxşar arzunu ermənilərdə həyata keçirmək istəyib və onlarda heçnə alınmadığı kimi,sizdədə alınmadı. Bir xəbəridə diqqətinizə çatdırım ki,baş vermiş hadisə ilə bağlı hərbi əlilin 102ə verdiyi şikayət əsasında, Binəqədi rayon 43 cü polis bölməsinə çağrılan İlkin Əzizov, olanları danmasada, ancaq dedikləri sözləri (etdikləri hədəqorxuları) nədənsə danıb və polisə yalan ifadə verib. İlkin müəllim (yəqin ki,müəllim sözündən inciməzsiniz) 211 lə başlayan mobil nömrə işlətmək, müxtəlif vəzifələrdə işləmək, o demək deyil ki,qarşınıza çıxanı əzə bilərsiniz və övladınızada bu düşüncə ilə tərbiyə verəsiniz.Siz qanunlardan hər halda agahsınız və bu yaxınlarda da,sizə bəzi şeylər qanunla başa salındı ki, lovğa ilə iri addım atılmaz.Ayaq sürüşgənliyinin fəsadı, çox ağır olur. Telexeber.az a daxil olan faktı diqqətinizə çatdırırıq.