Maklerlərin əlində aciz qalan yüksək təziqli su borusu param-parça oldu.Hadisə Binəqədi rayon 1 ci mədən,korpus 3 ərazisində baş verir. Gündüz vaxtı qanunsuz işlər görülür,böyük bir ərazini zəpt edib çala yerləri doldururlar.Günün 24 saatı dəyanmadan ərazidə texnika işləyir, adiyyatı orqanlar kor olub bu qanunsuzluğa göz yumurlar. Ərazidə düzləşdirmə işləri aparılan zaman ağır qaya parçaları yumarlanaraq yüksək təziqli su borusuna dəyir və su borusunu param-parça edir.Binəqədi rayon Sukanal İdarəsinin əməkdaşları müəyyən bir vaxtdan sonra gəlib zədələnmiş boruya yamaq vurub gedirlər.Artıq yamaqlanmış boru torpağın altında qalır.Bu çirkli işin nəvaxtsa bir fəsadı olacaq.Çünki, torpağın altında qalan zədəli, dəmir materialınnan olan yüksək təziqli su borusunda kim təminat verir ki,nəvaxtsa sızma olmayacaq.Sızma vaxtı sürüşmədə olacaq və sözü gedən qanunsuz işə sərmayə qoyan maklerlər çox gümanki ərazidə evlər tikəcəklər,inşa olunacaq evlər nəhayətində zərər görəcək.Bütün bunları göz önünə gətirib bu qanunsuzluğa indidən,gec olmadan son qoymaq mümkündür. Biz sözü gedən ərazidən çəkiliş etmişik,yazılanların təsdiqini Video matrialda görmak mümkündür.