Lənkəranda həkim bıçaqlandı - FOTO
- 09.06.2023, 12:05,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Lənkəranda bıçaqlanma hadisəsi olub.
Telexeber.az xəbər verir ki, Nihad Malızadə stomatoloq kimi çalışan həmyerlisi, 1985-ci il təvəllüdlü Cəlal Azadovu bıçaqlayıb. Yaralı çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.
DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, hadisəni törətməkdə təqsirli bilinən N.Malızadə şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, Cəlal Azadov Lənkəran rayonunun Göyşaban kəndində stomatoloq kimi fəaliyyət göstərir.