Bakı-Qazax yolunda avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
- 12.06.2023, 12:00,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Göygöldə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Telexeber.az bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan minik maşını yolu qarşı tərəfə keçmək istəyən 1963-cü il təvəllüdlü Sədrəddin Rzayevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.