Bakıda Çin vətəndaşı teleskopik yükləyicinin hissələri arasında qaldı
- 02.08.2023, 16:04,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 1-də, saat 08 radələrində özəl şirkətlərdən birində quraşdırıcı işləyən Çin Xalq Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Ren Zhanmının ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Qaradağ rayon Prokurorluğundan Telexeber.az-a verilən xəbərə görə, Ren Zhanmın onunla eyni şirkətdə operator-sürücü vəzifəsində işləyən Vüqar Cəfərovla birgə Qobustan qəsəbəsində yolda olan maneəni qaldırmaq istəyərkən teleskopik yükləyicinin hissələri arasında qalıb və aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.