Sumqayıtda restoranda yanğın olub
- 14.08.2023, 11:34,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Sumqayıt şəhərində restoranın ərazisində ümumi sahələri 40 m² və 20 m² olan taxta konstruksiyalardan ibarət 2 ədəd kotec yanıb.
Telexeber.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 10 m² olan kotecin plastikdən ibarət qapı və pəncərəsi, ümumi sahəsi 30 m² olan tikilinin plastikdən ibarət pəncərəsi əriyib. Kotec və tikilinin qalan hissəsi, ərazidə olan digər koteclər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.