Bakıda 13 min manatlıq oğurluq edildi
- 02.02.2024, 12:56,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda evlərdən oğurluq edilib.
Telexeber.az xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Ləhiş bağları ərazisində müxtəlif vaxtlarda 2 evin həyətindən ümumilikdə 13000 manat dəyərində təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Röyal Vəliyev, Mirəhəd Qasımov və Kürdəmir rayon sakini Abuzər Nuriyev saxlanılıblar.
Araşdırma aparılır.