DİN və Penitensiar xidmət Balakəndə birgə əməliyyat keçirdi
- 16.02.2024, 09:41,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Fevralın 15-də Ədliyyə Nazirliyi Penitensiar xidməti əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Elşən Zeynəddin oğlu Orucova məxsus bir ədəd “Kalaşnikov” markalı avtomat silah və 1 ədəd həmin silaha aid daraq Balakən rayonu Mahamalar kəndi ərazisində aşkar edilərək götürülüb.
Bu barədə Telexeber.az-a Penitensiar xidmətdən bildirilib.
Faktla bağlı araşdırma aparılır.