Paytaxtda 6 evdən oğurluq edən şəxs saxlanıldı
- 01.03.2024, 08:52,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakının Nizami Rayon Polis İdarəsinin əməkdaşları 6 evdən oğurluq edən şəxsi saxlayıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Telexeber.az-a bildirilib ki, əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən paytaxt sakini əvvəllər məhkum olunmuş Vüsal Məmmədov saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisində 6 evdən pul və digər qiymətli əşyalar oğurladığı məlum olub.
Faktlarla bağlı araşdırmalar aparılır.