Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib
- 12.04.2024, 12:07,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Şəkidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Telexeber.az-a verilən məlumata görə, aprelin 12-də saat 04:00 radələrində Şəki rayonunun Abbas kəndi ərazisində Rüstəm Məmmədov idarə etdiyi“Hyundai” markalı avtomobillə yolu keçən piyada, 1935-ci il təvəllüdlü Şamxalov Mürsəl Əziz oğlunu vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.