Yük maşını piyadanı vuraraq öldürdü

Ucarda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Telexeber.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonunun Bağman kəndi yolunda qeydə alınıb.

"Ford" markalı yük avtomobili yolu keçən piyada, 20 yaşlı Şamil Vüqar oğlu Əliyevi vurub.

Ucar Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, ağır xəsarət alan Ş.Əliyev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик