23 yaşlı qızın qaçırılmasına görə cinayət işi başlandı
- 24.04.2024, 13:39,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdədə 23 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi qaldırılıb.
Bu barədə Telexeber.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.
Məlumata görə, fakta görə Bərdə RPŞ-də Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Bərdə rayonunda 2001-ci il təvəllüdlü S. Abdullayeva 1979-cu il təvəllüdlü Fərhad Rzayev tərəfindən qaçırılıb. O, daha sonra tapılaraq ailəsinə təhvil verilib.