Dostlarını dartıb çıxarıblar o batıb: Şagirdin ölümünün təfərrüatları - VİDEO

Bilgəh qəsəbəsində dənizdə baş verən batma hadisəsinin təfərrüatı məlum olub.

Telexeber.az xəbər verir ki, dənizdə batan yeniyetmənin anasının sözlərinə görə, oğlu ilə bərabər dostları da dənizə giriblər. Onlar sudan çıxa bilsələr də, Məhəmmədi xilas etmək mümkün olmayıb:


"Oğlum saat 7-də burada boğulub, heç bir nəzarətçi olmayıb. Niyə belə təhlükəli yerdə üzməyə icazə verirlər?", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan yeniyetmə Məhəmməd Nəsirov 108 saylı orta məktəbin 10a sinif şagirdi olub.

Ətraflı Baku TV-nin süjetində:
Популярный ролик