39 yaşlı kişi dəm qazından öldü
- 23.12.2024, 09:58,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ağstafa rayonunun Köhnə Qışlaq kəndində dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.
Telexeber.az-ın məlumatına görə, kənd sakini, 1985-ci il təvəllüdlü Emin Tağıyev yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.
Mərhumun meyiti yaxınları tərəfindən aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.