İmişlidə məktəbli oğurluğa görə saxlanıldı

İmişlidə yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Telexeber.az TNS-ə istinadən xəbər verir ki, araşdırma zamanı onun 80 manat, dəyəri 9000 manatdan artıq olan qızıl-zinət əşyaları və 8000 manat dəyərində tüfənq patronu oğurladığı müəyyən edilib.

Belə ki, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən iki fərdi evdən oğurluq etməkdə şübhəli bilinən, ötən il də törətdiyi oğurluq faktlarına görə barəsində istintaq araşdırmaları aparılan yetkinlik yaşına çatmayan şəxs müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
Популярный ролик