Bakıda ata və 2 yaşlı qızı faciəvi şəkildə öldü
- 17.02.2025, 10:34,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakının Sabunçu qəsəbəsində iki nəfərin həlak olması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Ramil Saleh oğlu Məmmədov idarə etdiyi “BYD” markalı avtomobillə hərəkətdə olarkən “Jeely” markalı başqa bir nəqliyyat vasitəsilə toqquşub.
Toqquşma nəticəsində sürücü R.Məmmədov və onun iki yaşlı qız övladı hadisə yerində dünyasını dəyişib. Sürücünün həyat yoldaşı isə ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə aparılıb. Onun səhhətinin kritik olduğu bildirilir.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.