Orta məktəb müəlliminin evdə meyiti tapıldı
- 17.02.2025, 10:36,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Göyçayda mənzildən meyit tapılıb.
Telexeber.az xəbər verir ki, fevralın 15-də Göyçay şəhər 3 saylı tam orta məktəbin müəllimi Məhəbbət Rəsulova ilə əlaqə saxlaya bilməyən yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Fevralın 16-sı saat 18 radələrində FHN-in rayon şöbəsinin əməkdaşları M.Rəsulovanın yaşadığı mənzilin qapısını qıraraq evə daxil olublar. Müəllimin evdə vəfat etməsi məlum olub.
Onun hansı səbəbdən həyatını itirməsi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.