Faciəvi şəkildə ölən qardaşların FOTOSU
- 30.05.2025, 10:48,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Xəbər verdiyimiz kimi, ötən gün Neftçalanın Xolqaraqaşlı kəndində fərdi yaşayış evində baş verən partlayış nəticəsində iki qardaş vəfat edib.
Telexeber.az bildirir ki, xəstəxanaya yerləşdirilən 1995-ci il təvəllüdlü Babək Bəylər oğlu Əzizov həkimlərin səyinə baxmayaraq, xəstəxanada dünyasını dəyişib.
Partlayış nəticəsində onun qardaşı, 2001-ci il təvəllüdlü Bayram Bəylər oğlu Əzizov hadisə yerində həlak olub.
Qeyd edək ki, partlayışa döşəməyə dolğu vurulan zaman siqaretin yandırılmasının səbəb olduğu bildirilir. Onların fotosu sosial şəbəkələrdə yayılıb.