Naxçıvanda ağır qəza - Yaralılar var
- 05.06.2025, 14:17,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ötən gün Naxçıvan-Sədərək magistral yolunun Şərur rayonu Püsyan kəndi ərazisindən keçən hissəsində qəza baş verib.
Telexeber.az xəbər verir ki, 68-BK-601 dövlət nömrə nişanlı "Mercedes"lə 68-BF-164 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil toqquşub. Qəza zamanı 2 qadın və 1 kişi xəsarət alıb. Onlar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.