Hacıqabulda ağır qəza - Ölən və yaralanan var
- 30.06.2025, 10:56,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Hacıqabulda avtomobil aşıb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Mənəfov Şahid Müşfiq oğlu idarə etdiyi "Opel Astra" minik markalı avtomobili Padar Qışlaq kəndi ərazisində aşırıb.
Nəticədə sürücü Şahid Mənəfov hadisə yerində ölüb, avtomobildə olan sərnişin - 1999-cu il təvəllüdlü Xəlilli Xəyal Valeh oğlu bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.