52 yaşlı qadın faciəvi şəkildə öldü
- 14.08.2025, 11:00,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Saatlı rayon sakini cərəyan vurması nəticəsində ölüb.
Telexeber.az xəbər verir ki, hadisə rayonun Qara Nuru kəndində baş verib.
Belə ki, kənd sakini 1973-cü il təvəllüdlü V.Abışova yaşadığı evin həyətyanı sahəsində məişət işləri ilə məşğul olarkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı Saatlı rayon prokurorluğunda araşdırma aparılır.