Kür çayında bir nəfər batıb - axtarışlar aparılır
- 04.10.2025, 11:12,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Kür çayının Sabirabad rayonundan keçən hissəsində 1 nəfər batıb.
Telexeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyinin"112" qaynar telefon xəttinə Kür çayının Sabirabad rayonunun Cavad kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.