Bakıda avtomobilin vurduğu qadın ölüb
- 16.10.2025, 09:52,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda avtomobilin vurduğu 57 yaşlı qadın iki gün sonra ölüb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayon ərazisində qeydə alınıb.
1985-ci il təvəllüdlü Tural Balakişiyevin idarə etdiyi "KiA Sorento" markalı avtomaşınla piyada 1968-ci il təvəllüdlü Nuralışı Gülər Xəlil qızını vurub. Piyada aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadın ötən gün ölüb.
Fakla bağlı cinayət işi başlanılıb.