Ağdərədə ağır qəza - Sürücü öldü
- 29.10.2025, 11:15,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ağdərədə beton qarışdıran maşın dərəyə aşıb, sürücü ölüb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Çıldıran kəndi ərazisində baş verib.
Bərdə rayon Yenidaşkənd kənd sakini 1968-ci il təvəllüdlü Qocamanov Hafizun idarə etdiyi "HOWO" markalı beton qarışdıran avtomobil idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Hadisə nəticəsində sürücü H.Qocamanov ölüb.
Faktla bağlı araşdırma aparılır.