Maşını qaçırıb şəhərdə sürdü
- 03.11.2025, 08:35,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Oktyabrın 28-də Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobil qaçırılıb.
Telexeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Sabunçu RPİ 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs avtomobili idarə edərkən saxlanılıb. Nəqliyyat vasitəsi sahibinə qaytarılıb.
Araşdırma aparılır.