Məşhur rejissor vəfat etdi - FOTO
- 20.11.2025, 13:29,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Özbəkistanın əməkdar mədəniyyət işçisi, aparıcı və rejissor Mirabbos Mirzəəhmədov 84 yaşında vəfat edib.
Telexeber.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan KİV məlumat yayıb.
Mirabbos Mirzəəhmədov 1941-ci il sentyabrın 30-da Daşkənddə anadan olub. Televiziya və radio sahəsində yaradıcılıq fəaliyyətinə 1965-ci ildə başlayıb. Fəaliyyəti dövründə 50-dən çox film və serialın çəkilişlərində iştirak edib. Çoxsaylı televiziya-radio layihəsinin rəhbəri və proqramlarının aparıcısı olub.
Mirzəəhmədov Özbəkistanın əməkdar mədəniyyət işçisi adına, “Əmək Şöhrəti” və “Dostluq” ordenlərinə layiq görülüb.