Ağdamda ağır qəza - Xəsarət alanlar var
- 28.11.2025, 08:57,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ağdamda pambıq daşıyan traktor aşıb.
Telexeber.az Apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb.
Pambıqla yüklənmiş iki qoşqulu traktor idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə nəticəsində traktorçu Elman Temirov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.